Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək.


Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.


Bugünkü görüş qrup liderliyi baxımından önəmli olacaq.


Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.