Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Roma" idman direktoru Frederik Massara ilə əməkdaşlığına son qoymaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Massara ötən yay Florent Qisolfini əvəzləmişdi. O, əvvəllər "Palermo", "Milan" və "Renn" klublarında, həmçinin 2018-2019-cu illərdə "Roma"da çalışıb.
Massaranın kreslosu artıq istefaya göndərilən idarəetmə müşaviri Klaudio Ranyeri ilə baş məşqçi Can Pyero Qasperini ilə münaqişədən sonra "laxlamışdı".
"Roma" cari mövsüm A Seriyasında 3-cü yeri tutaraq 8 illik fasilədən sonra Çempionlar Liqasına qayıdıb.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.