AZ

Ulduzların "İtaliya nağılı"

Dünya şöhrətli müğənni Dua Lipa həyatının ən özəl gününə hazırlaşır.

Publika.az xəbər verir ki, ifaçı aktyor nişanlısı Kallum Turnerlə ailə qurmaq üçün məkan olaraq İtaliyanı seçib.

Əldə edilən məlumata görə, cütlüyün toyu Siciliyanın Palermo şəhərində baş tutacaq və üç gün davam edəcək. Şənliyin 5-7 iyun tarixlərini əhatə edəcəyi bildirilir.

Qeyd edək ki, son günlər ulduzun hamilə olması ilə bağlı yayılan iddialar sosial mediada geniş müzakirə olunur.

Seçilən
28
37
publika.az

10Mənbələr