İtaliyalı futbol mütəxəssisi Valter Massari bundan sonra Yunanıstan Super Liqasında mübarizə aparan “İraklis” komandasına rəhbərlik edəcək.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
64 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb. O, 2026/2027-ci illər mövsümünün sonuna qədər Yunanıstan klubunu çalışdıracaq.
Qeyd edək ki, “İraklis” 2025/2026-cı illər mövsümündə Birinci Liqanın qalibi olaraq elitaya vəsiqə qazanıb.
Valter Massarri məşqçilik karyerası ərzində ölkəsində “Pistoyese”, “Livorno”, “Recina”, “Sampdoriya”, “Torino”, “Kalyari”, “İnter”, “Napoli” kimi komandaları çalışdırıb. İtaliyalı məşqçi bir müddət İngiltərənin “Uotford” komandasına da rəhbərlik edib. O, 2024-cü ildən – “Napoli”dən ayrılandan sonra işsiz idi.
Massarinin ən böyük uğuru “Napoli” ilə 2011/2012-ci illər mövsümündə İtaliya Kubokunun qalibi olmasıdır.
