AZ

Göygöldə idarəetmədən çıxan BMW aşıb, xəsarət alanlar var FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Göygöl rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində, Quşqara kəndi ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev, avtomobildə olan sərnişin - 2005-ci il təvəllüdlü Aişə Abdullazadə və daha bir sərnişin (ad və soyadı dəqiqləşdirilir - red) müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Gəncədə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
8
avtosfer.az

10Mənbələr