Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az -un “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan sərnişin, 2005-ci il təvəllüdlü Aişə Abdullazadə və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.



