AZ

Məğlub olan rəqiblərini belə “trolladılar” Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının finalında PSJ-yə məğlub olan “Arsenal” sosial şəbəkələrdə rəqiblərinin də diqqət mərkəzinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, final qarşılaşmasında Paris təmsilçisi əsas və əlavə vaxtın 1:1 hesabı ilə başa çatmasından sonra penaltilər seriyasında “Arsenal”ı 4:3 hesabı ilə məğlub edərək, ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Bu nəticə ilə “Arsenal” tarixində ilk dəfə Çempionlar Liqasının kubokunu qazanmaq fürsətini əldən verib. London klubu daha əvvəl 2006-cı ildə olduğu kimi, 2026-cı il finalında da həlledici görüşdən məğlub ayrılıb.

“Topçular”ın uğursuzluğundan sonra onların şəhər rəqibi “Çelsi” diqqətçəkən paylaşım edib. London klubunun rəsmi hesabında Çempionlar Liqası kuboklarının fonunda “Stemford Bric” stadion turları reklam olunub.

Paylaşımda “Londonun kuboklar evini ziyarət edin. “Stemford Bric” stadion turu üçün indi qeydiyyatdan keçin” sözləri yer alıb.

Sosial şəbəkə istifadəçiləri “Çelsi”nin bu paylaşımını “Arsenal”a ünvanlanmış istehzalı mesaj kimi qiymətləndirərək, klubun rəqibini “trolladığını” bildiriblər.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasını 2012 və 2021-ci illərdə qazanaraq, bu turnirdə çempion olmuş yeganə London klubu olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
50
qafqazinfo.az

10Mənbələr