Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tbilisidə "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026 - GI & No-GI" turniri keçirilib. Braziliya ciu-citsusu üzrə təşkil olunan nüfuzlu yarışda Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gələn idmançılar iştirak ediblər.
Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, "Abu Dhabi Jiu-Jitsu Pro" (AJP) beynəlxalq turnirlər seriyasının tərkib hissəsi olan çempionatda Marneulidən olan idmançı Hacı-Murad Xəlilov 69 kq çəki dərəcəsində mübarizə aparıb.
Xəlilov ilk görüşündə Saba Tsiklaurini 7:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Final qarşılaşmasında onun rəqibi Ermənistandan olan Arno Hovhannisyan olub. Hacı-Murad Xəlilov rəqibini 17:0 hesabı ilə məğlub edərək çempionluq tituluna yiyələnib.
Beləliklə, Marneulidən olan idmançı "AJP Tour Georgia National Jiu-Jitsu Championship 2026" turnirinin qızıl medalını qazanıb və beynəlxalq reytinqdə mövqeyini daha da gücləndirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.