AZ

Britaniyanın xarici işlər naziri Çinə səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun 1-dən 3-dək Çinə rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfəri zamanı Kuper Çin-Böyük Britaniya Strateji Dialoqunun 11-ci raundunda iştirak edəcək.

Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.

"Cebheinfo.az"

Seçilən
11
11
cebheinfo.az

10Mənbələr