AZ

Britaniyanın xarici işlər naziri Çinə gedəcək

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun 1-dən 3-dək Çinə rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfəri zamanı Kuper Çin-Böyük Britaniya Strateji Dialoqunun 11-ci raundunda iştirak edəcək.

Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.

Seçilən
13
11
unikal.az

10Mənbələr