AZ

Konqoda gəmi qəzası: 11 ölü

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Konqo Demokratik Respublikasının (KDR) qərbində gəminin qəzaya uğraması nəticəsində azı 11 nəfər batıb, daha onlarla insan isə itkin düşüb.

Moderator.az bildirir ki, bu barədə "Actualite" portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd edilir ki, faciə Baqata şəhəri yaxınlığında, Kvilu çayında baş verib.

Gəmidə 150 nəfər olub ki, onlardan da 47-si xilas edilib, 11 nəfərin isə meyiti tapılıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
4
moderator.az

7Mənbələr