AZ

Balina ovlayan gəmidə faciə - 11 nəfər öldü

Konqo Demokratik Respublikasının (KDR) qərbində gəminin qəzaya uğraması nəticəsində azı 11 nəfər batıb, daha onlarla insan isə itkin düşüb.

Azreform.info xəbər verir ki, bu barədə xarici KİV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd edilir ki, faciə Baqata şəhəri yaxınlığında, Kvilu çayında baş verib.

Gəmidə 150 nəfər olub ki, onlardan da 47-si xilas edilib, 11 nəfərin isə meyiti tapılıb. Qeyd edilir ki, gəmi ilə balina ovlanırmış. Axtarış-xilasetmə işləri davam etdirilir.(publika)

Seçilən
30
4
azreform.info

7Mənbələr