Rusiya ordusu öz hava məkanını Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının kütləvi hücumlarından qorumaq üçün tamamilə yeni və gizli texnologiyanı sınaqdan keçirməyə başlayıb.
Musavat.com xəbər verir ki, hərbi mütəxəssislərin və dünya mediasının diqqətini çəkən "Yolka" adlı unikal dronəleyhinə sistemin döyüş meydanında ilk dəfə real istifadəsini əks etdirən şok görüntülər mətbuata sızıb.
Əldə olunan texniki məlumatlara görə, bu sistem səmada inanılmaz sürət yığmaq qabiliyyətinə malikdir və qırıcı-interseptor rolunu oynayan xüsusi aparatlar saatda 200–250 kilometr sürətlə hərəkət edə bilir.
Çəkisi cəmi 3 kiloqram olan və istehsalı olduqca ucuz başa gələn bu interceptor dronların təxminən 500 dollar dəyərində olduğu ehtimal edilir ki, bu da onları iqtisadi baxımdan hədsiz dərəcədə əlverişli edir.
Beynəlxalq hərbi ekspertlərin və açıq mənbələrin hesabatlarına əsasən, süni intellekt texnologiyası ilə dəstəklənən bu unikal qırıcı aparat təxminən 3 kilometr məsafədə daxil olan hər hansı bir hədəfi dərhal təsbit edərək onu tam dəqiqliklə vurmaq gücünə malikdir. Bu texnologiyanın ən qorxulu və qeyri-adi xüsusiyyəti isə ondan ibarətdir ki, sistem göyərtəsində heç bir partlayıcı maddə və ya döyüş başlığı daşımır; "Yolka" səmada hədəf aldığı düşmən PUA-larını məhv etmək üçün onlarla birbaşa və qəfil toqquşma yaradır və yaranan nəhəng kinetik enerjinin gücü ilə qarşı tərəfi səmada parça-parça edərək yerə salır.
Musavat.com