AZ

Milli Dünya Kubokuna harda hazırlaşır?

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Futbolpress.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
futbolpress.az

10Mənbələr