AZ

Kişi boksçulardan ibarət Azərbaycan millisi Dünya kubokuna hazırlığı Qazaxıstanda davam etdirəcəklər

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.

Seçilən
12
8
90deqiqe.az

10Mənbələr