AZ

Azərbaycan və Özbəkistan arasında neft və neft-kimya ticarəti üzrə əməkdaşlıq genişlənir

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib.

Energetika Nazirliyindən XQ-yə bildirilib ki, görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib. Bu məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.

Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparılıb.

Seçilən
2
6
xalqqazeti.az

7Mənbələr