AZ

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir  

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib. Bu məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.

Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparılıb.

Seçilən
1
6
azerbaijan-news.az

7Mənbələr