AZ

İnyiqo Peres “Vilyarreal”da! – Rəsmi – ARENA.AZ

Bir neçə gün öncə “Rayo Valyekano”dan ayrılmış İnyiqo Peres bundan sonra La Liqann digər təmsilçisi “Vilyarreal”a rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda 2025/2026-cı illər mövsümünün bitməsilə vəzifəsindən ayrılmış Marselino Qarsiya Toralı əvəz edib.

Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək “Vilyarreal”ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə yenidən bu kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun (298) keçirmiş mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (147) da sahibdir.

Marselino Qarsiya Toral məşqçilik karyerası dövründə “Lealtad”, “Sportinq” (Xixon), “Rekreativo”, “Rasinq” (Santander), “Saraqosa”, “Sevilya”, “Valensiya”, “Atletik” və “Olimpik” (Marsel) kimi komandalara da rəhbərlik edib.

İnyiqo Peres isə 2024-cü ilin fevral ayından “Rayo Valyekano”ya rəhbərlik edirdi. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 113 oyuna çıxıb, 44 qələbə, 33 heç-heçə, 36 məğlubiyyət görüb. La Liqa təmsilçisi geridə qalmış 2025/2026-cı illər mövsümündə 50 xalla 8-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Halbuki, İnyiqo Peres bu mövsüm komandanı həm də Avropa Konfrans Liqasının finalına çıxarmağı bacarmışdı. Lakin İspaniya təmsilçisi həlledici oyunda İngiltərənin “Kristal Pelas” komandasına uduzmuşdu.

“Vilyarreal” isə La Liqada 2025/2026-cı illər mövsümünü 72 xalla yarış cədvəlini üçüncü pillədə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
13
7
arena.az

10Mənbələr