Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olacaq.
Bizim.Media xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
"Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliyinə uyğun olaraq operatorluğun təhvil verilməsi iyulun 1-də həyata keçirilməlidir və proses planlaşdırıldığı kimi irəliləyir", deyə o bildirib.
bp rəsmisi vurğulayıb ki, bu addım bp-nin layihədən çıxması anlamına gəlmir: "Bu, yalnız müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın kəməri uğurla idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Biz bu keçid prosesinə görə çox nikbinik". (Report.az)
Bizim.Media