Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olacaq.
Qaziler.az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
"Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliyinə uyğun olaraq operatorluğun təhvil verilməsi iyulun 1-də həyata keçirilməlidir və proses planlaşdırıldığı kimi irəliləyir", deyə o bildirib..
BP rəsmisi vurğulayıb ki, bu addım BP-nin layihədən çıxması anlamına gəlmir: "Bu, yalnız müqavilə öhdəliyinin yerinə yetirilməsidir. SOCAR-ın kəməri uğurla idarə etmək üçün kifayət qədər təcrübəsi və imkanları var. Biz bu keçid prosesinə görə çox nikbinik".
Report.az