Naxçıvanda minik avtomobili avtobusla toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Şıxmahmud kəndi ərazisindən keçən hissəsində baş verib.
67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)



Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta