AZ

Naxçıvanda minik avtomobili avtobusla toqquşdu 3 yaralı var FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

Naxçıvanda minik avtomobili avtobusla toqquşub.Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində Abbasov Abbas Rəsul oğlu, Vəliyev Bəylər Eldəniz oğlu və Hənifəyeva Yaqut Elsevər qızı xəsarət alıblar.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
bizim.media

10Mənbələr