Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb. Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat , 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat xərclənib. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir.