AZ

Ən böyük xərc maddəsi: Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb

"Keçmiş məcburi köçkünlərin sosial təminatı hər zaman Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən olub".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, son 30 ildə məcburi köçkünlərin mənzil təminatı və eləcə də sosial qayğının daha da gücləndirilməsi Azərbaycan Prezidentinin rəhbərliyi həyata keçirilən siyasətin əsas istiqamətlərindən olub:

"Vətən müharibəsində əldə edilən zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb. Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364.9 milyon manat, 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329.2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat xərclənib. 2026-cı ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir. Yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb".

V.Bayramov qeyd edib ki, bu, Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir:

"Bütün bunlarla yanaşı, dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 2026-cı il öhdəliyi nəzərə alınmaqla 25 milyard manatdan çox vəsait ayrılır. Zəfərdən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir".

Seçilən
4
10
far.az

10Mənbələr