AZ

“Cəlilabad” doğma meydanda qələbəyə sevindi

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 13-cu turunun növbəti oyunu keçirilib.



Komanda.az xəbər verir ki, “Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.



Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.



Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.



13-cü turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) fevralın 4-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol Cəlilabad

Seçilən
258
3
komanda.az

10Mənbələr