AZ

“Sumqayıt” bu mövsüm dördüncü qələbəsini qazandı

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 14-cü turunun növbəti oyunu baş tutub.



Komanda.az xəbər verir ki, “Sumqayıt” doğma azarkeşləri önündə, region klubu “Cəlilabad”la qarşılaşıb.



Oyuna üstün başlayan “Sumqayıt”, yekunda 109:99 hesablı qələbə qazanıb.



Ən məhsuldar basketbolçular “Sumqayıt”da Smit Roderik (38 xal, 9 ribaund), “Cəlilabad”da isə Culian Pauel (23 xal, 10 ribaund) olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol

Seçilən
221
4
komanda.az

10Mənbələr