Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib ki, hazırda Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfərinə hazırlıq gedir.
O, bu barədə “Rossiya 24” telekanalının efirində danışıb.
Onun sözlərinə görə, Fələstin Moskva ilə gündəlik əlaqə saxlayır.
Diplomat vurğulayıb ki, hazırda Fələstin prezidentinin Moskvaya səfərinə hazırlıq gedir.
O əlavə edib ki, Fələstin tərəfi Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Ərəb Dövlətləri Liqası (LAS) İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırır.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanırdı. Oxu24.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta