"Bizim fələstinlilərlə uzaq tarix əlaqələrimiz var, eyni zamanda, İsrail dövlətilə bizi orada yaşayan çoxsaylı həmvətənlərimiz birləşdirir..."
Rusiya İsrail-Fələstin münaqişəsinin hər iki tərəfi ilə təmasdadır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı Rusiyanın "rbc.ru" nəşri yayıb.
Peskov bunu Fələstinə dəstək verdiyini bəyan edən və oraya çeçen qoşunlarının göndərilməsini təklif edən Çeçenistan rəhbəri Ramzan Kadırovun bəyanatını Kremlin bölüşüb-bölüşməməsi barədə suala cavabında bəyan edib.
"Hem şübhəsiz, bizim fələstinlilərlə uzaq tarixi əlaqələrimiz var, təmaslarımızı davam etdiririk. Həqiqətən, söhbət müxtəlif, o cümlədən ən yüksək səviyyədə təmaslardan gedir.
Eyni zamanda, bizim İsrail dövlətilə də münasibətlərimiz var, bu ölkə ilə bizi bir çox ümumi şeylər, ilk növbədə bu dövlətdə yaşayan çoxlu sayda həmvətənlərimiz birləşdirir", - Peskov deyib.
Moskva tərəfindən Fələstinin müdafiəsinin nədən ibarət olduğu barədə suala cavabında o, qeyd edib ki, Rusiya tərəfi Ramallahla təmaslar həyata keçirir, nizamlanma üçün bütün azsaylı formatlarda iştirak edir, lakin bu formatlar "o qədər də səmərəli deyil".
"Buna baxmayaraq, biz bundan sonra da nizamlanma yollarının axtarılmasında kömək göstərilməsi nöqteyi-nəzərindən səylər göstərmək və öz rolumuzu oynamaq niyyətindəyik", - Peskov əlavə edib.