Fransa hərbi əməliyyatlarda birbaşa iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurn deyib.
"Fransızlar Ukrayna üçün ölməyəcəklər, ora qoşun göndərməyəcəyik”, - nazir bildirib.
Sejurn onu da qeyd edib ki, Rusiyaya qarşı müharibə aparmadan onu məğlub etmək üçün aydın çərçivə yaradılıb, bu kontekstdə heç nə istisna edilmir.
Fransız nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynaya dəstəyini davam etdirməsi səbəbindən nüvə təhdidini artırıb.
Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl Ukraynaya NATO qoşunlarının göndəriləcəyini istisna etməmişdi. Fransa liderinin açıqlaması Qərb və Rusiyada qalmaqala səbəb olub.