AZ

Rusiyada səslərin 50 faizdən çoxu hesablanıb

Rusiyada

Moskva, 18 mart, AZƏRTAC

Rusiyada prezident seçkilərində səslərin 50 faizdən çoxu hesablanıb.

AZƏRTAC xəbər verir ki, son nəticələrə görə, Vladimir Putin 87,34 faiz səslə irəlidədir. Ölkənin 28 regionunda elektron səsvermənin nəticələrinə əsasən, seçicilərin 87,41 faizi hazırkı prezidentə səs verib.

Digər namizədlər - Nikolay Xaritonov 3,11 faiz, Vladislav Davankov 4,01 faiz, Leonid Slutski 3,11 faiz səs toplayıblar.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
291
24
azertag.az

10Mənbələr