AZ

Rumıniyada NATO-nun ən böyük Avropa bazası tikilir

Rumıniyada 10 min əsgər üçün nəzərdə tutulmuş Avropada ən böyük NATO bazasının tikintisinə başlanılıb.

Yenisabah.az Euronews-a istinadla xəbər verir ki, hərbi obyektin tikintisi 2,5 milyard dəyərində qiymətləndirilir.

Sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanından çox da uzaq olmayan Konstansa rayonunda yerləşir. Obyektin infrastrukturu Şimali Atlantika Alyansının mövcud bazası "Mihail Kogalniceanu" ətrafında qurulur.

Onun ərazisində uçuş-enmə zolaqları, təyyarələr üçün anqarlar, silah platformaları və mülki infrastruktur: məktəblər, uşaq bağçaları, xəstəxanalar və mağazalar yerləşəcək.

“Mihail Kogalniceanu" Ukrayna yaxınlığındakı  NATO-nun ən mühüm daimi hərbi strukturuna çevriləcək.


Telegram kanalımız
Seçilən
174
2
yenisabah.az

10Mənbələr