NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikiləcək."AzPolitika" xəbər verir ki, bu barədə Rumıniyanın "tvr info" kanalı məlumat yayıb.Qeyd olunur ki, Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci Hərbi Hava Bazası olaraq da bilinən “Mihail Kogalniceanu” hərbi bazası genişləndiriləcək və 2040-cı ildən sonra NATO-nun bölgədəki ən böyük hərbi bazası olacaq.Məlumata görə, artıq mövcud hərbi kompleksi bir neçə min hektar böyütmək üçün işlərə başlanılıb. 2800 hektarlıq hərbi bazada NATO-ya bağlı 10 min əsgər olacaq. ABŞ hərbçilərinin ailələri də buraya yerləşdiriləcəklər.Rumıniyan bu layihəyə 2,5 milyard dollar sərmayə ayıracaq.
"AzPolitika.info"
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta