AZ

DİQQƏT! Bu günki günlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

 

Bunu Oxu24.com-a   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 m/s-yə çatacağı gözlənilir:

 

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların nəzarətsiz buraxılması məsləhət deyil.

 

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.

 

 

 

Seçilən
92
37
oxu24.com

10Mənbələr