AZ

Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlandı - RƏSMİ

Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, İsrailə növbəti uçuş oktyabrın 18-nə gözlənilir.

Uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdirilib və sərnişinlər bilet ala bilərlər.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Seçilən
383
18
day.az

10Mənbələr