Azərbaycandan İsrailə növbəti aviareysin tarixi açıqlanıb.Olayolar.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.Bildirilib ki, İsrailə növbəti uçuş oktyabrın 18-nə gözlənilir.Uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdirilib və sərnişinlər bilet ala bilərlər.Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta