AZ

HƏMAS hərəkatının liderlərindən daha biri öldürüb

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının fövqəladə hallar komitəsinin rəhbəri Hatem Alrameri öldürüb.

Editor.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, SAXAL döyüşçüləri dünən, aprelin 8-də axşam saatlarında Qəzza zolağının mərkəzi hissəsinə zərbə endirib. Öldürülən Alrameri mərkəzi Qəzza bölgəsindəki Maqazi batalyonunda mərmilərin atılmasına cavabdeh olan HƏMAS-ın hərbi qanadının üzvü olub.

İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir. 2024-cü il martın sonunda SAXAL elan edib ki, martın əvvəlində Qəzzanın mərkəzindəki hava hücumu nəticəsində radikal hərəkatın iyerarxiyasında üçüncü şəxs olan HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsa öldürülüb.

Onunla birlikdə Qazi qrupunun Qəzzada HƏMAS-ın silah anbarlarına cavabdeh olan digər yüksək rütbəli üzvü Əbu Tamaa da məhv edilib. Martın 31-də İsrailin baş naziri Benyamin Netanyahu hökumətin Qəzza zolağının Rəfah şəhərinə hücum üçün İsrail ordusunun əməliyyat planlarını təsdiqlədiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
312
50
editor.az

10Mənbələr