Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilatın hərbi qanadının maliyyələşdirilməsinə cavabdeh olan Fələstinin "HƏMAS" hərəkatının üzvü zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb. Məlumata əsasən, ÇAXAL və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) birgə əməliyyatı nəticəsində Nasser Yaqub Cabber Nasser məhv edilib. "HƏMAS-ın hərbi qanadı ilə fəaliyyətini çərçivəsində o, HƏMAS-ın Rəfahdakı hərbi əməliyyatlarının çox hissəsini maliyyələşdirib", - deyə bildirilib. Qeyd edilib ki ki, ötən ilin dekabrında hərəkatın zərərsizləşdirilən üzvü hərbi əməliyyatların maliyyələşdirilməsi üçün HƏMAS-a yüz minlərlə dollar göndərib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta