Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub.
Məlumata görə, Ərdoğan telefon danışığı zamanı Türkiyənin humanitar yardımının Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi və bölgədə atəşkəsə nail olmaq üçün səy göstərdiyini bildirib.
Ölkə başçısı, həmçinin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinin mümkün olmadığını, Türkiyənin daimi sülh üçün beynəlxalq arenada mübarizəyə davam edəcəyini vurğulayıb.