Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.Leqal.info xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.Bildirilib ki, danışıq əsnasında Qəzzada son vəziyyət müzakirə olunub. Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin ən qısa zamanda təmin olunması istiqamətində çalışdığını bildirib.Bundan başqa, Türkiyə lideri 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinin mümkün olmadığını, Türkiyənin daimi sülh üçün beynəlxalq arenada mübarizəyə davam edəcəyini bildirib.Leyla KamilLeqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta