AZ

Dənizdə batan Samir tələbə imiş -

Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib. Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.

Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
110
6
metbuat.az

7Mənbələr