AZ

Dənizdə batan şəxs tələbə imiş - FOTO

Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Novxanı çimərliyində 23 yaşlı gənc batdı


Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.

Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Bizim.Media

Seçilən
101
6
bizim.media

7Mənbələr