Bakı. Trend:
Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyinqarşısı alınıb.
Trend xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın vəUşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatındaqeyd olunub.
Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) vəLənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarınıngöstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktımüəyyən edilib.
Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 ilazaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlüsəbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayanşəxsə icra orqanları tərəfindən icazə verilib.
Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrəgöstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunugöstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınmasıilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir.