AZ

Erkən evliliklərin sayında artım - erkən nikahlar ən çox hansı rayonlarda qeydə alınıb...

2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunub. Bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Qeyd edilib ki, bu nəticə Statistika Komitəsinin məlumatlarına əsasəndir. Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılıb. müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

Yerli rayon icra hakimiyyətlərinə istinadən, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısının alındığı bildirilən hesabatda qeyd olunub ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən ev- lilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.

Seçilən
541
18
baki-xeber.com

10Mənbələr