Bakı. Trend:
NATO-nun Baş katibi Yens Stoltenberq Moldovanın Baş naziri DorinReçanı əmin edib ki, Şimali Atlantika Alyansı Kişineunudəstəkləməyə davam edəcək.
Trend xəbər verir ki, Yens Stoltenberq bunu Brüsseldə DorinReçan ilə görüşündə deyib.
“Kişineu NATO-nun dəstəyinə arxalana bilər. Şimali AtlantikaAlyansına üzv ölkələr ilin əvvəlində kibertəhlükəsizlik və stratejikommunikasiyaların inkişafı üçün Moldovaya əlavə dəstək barədərazılığa gəlib. Vilnüsdə keçirilən sammitdə isə praktiki və siyasiəməkdaşlığın davam etdirilməsi qərara alınıb. Bu, eyni zamandaAvropa İttifaqına üzvlüklə bağlı Kişineuya kömək olacaq”, - deyəNATO-nun Baş katibi əlavə edib.
Dorin Reçan isə öz növbəsində Moldovanın müdafiə qabiliyyətinigücləndirmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə,Kişineu NATO-nun beynəlxalq sülhməramlı missiyalarında və hərbitəlimlərində iştirakda maraqlıdır.