Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Slovakiya hakimiyyətinin Ukraynaya hərbi yardım paketini əngəlləmək qərarını şərh edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Baş katib bu barədə Brüsseldə Macarıstan prezidenti ilə birgə mətbuat konfransı zamanı bildirib.
Stoltenberqin sözlərinə görə, Slovakiyanın bu qərarı NATO-nun digər üzvlərinin Ukraynaya hərbi yardım göstərməsinə təsir etməyəcək.
“...Mən ayrı-ayrı müttəfiqlər haqqında danışmayacağam, amma ümumilikdə biz Ukraynaya kömək etmək üçün əla iş görürük.Əminəm ki, bu cür yardımlar davam edəcək, çünki bu, bütün NATO üzvlərinin təhlükəsizliyinin maraqlarına cavab verir”, - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Slovakiya hökuməti əvvəlki nazirlər kabinetinin Ukraynaya 40,3 milyon avro dəyərində hərbi yardım paketinin göndərilməsi təşəbbüsünün qarşısını almışdı.
Nazlı