AZ

Fələstin-İsrail münaqişəsində ölən jurnalistlərin sayı açıqlandı

Gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olan jurnalistlərin sayı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 26-na olan məlumata görə, hər iki tərəfdən 7 mindən çox ölənlərin siyahısına azı 24 jurnalist daxildir”, - məlumatda qeyd edilir.

Komitə bildirir ki, 24 jurnalistdən 20-si fələstinli, 3-ü israilli, 1-i livanlıdır. Səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb.

Seçilən
398
41
qafqazinfo.az

10Mənbələr