"İsrail hücumları nəticəsində 25 fələstinli jurnalist və 13 media işçisi həyatını itirib. Ən az 35 jurnalstin evi bombardman edilib. İsrail sistemli siyasət yeridərək fələstinli jurnalistləri hədəf alır. 2000-ci ildən oktyabrın 7-dək 55 fələstinli jurnalist öldürülüb”, - Fələstin Jurnalistlər Birliyinin "Facebook” səhifəsində edilən açıqlamada bildirlib.
Həmkarlar ittifaqı bu hücumlarda həyat yoldaşı və iki uşağı şəhid olan Əl-Cəzirə telekanalının əməkdaşı jurnalist Vail Dahduhun evinin bombalanmasının məqsədyönlü olduğuna diqqət çəkib.
Oktyabrın 30-da Qəzza hökuməti məlumat yayaraq həlak olan jurnalistlərinin sayının 35 nəfərə çatdığını deyib.
Oktyabrın 23-də Jurnalistləri Müdafiə Komitəsi açıqlama verərək həyatını itirən jurnalistlərin sayının artaraq 23 nəfər olduğunu, onlardan 19-nun Fələstinli, 3-nün İsrailli, 1-nin Livanlı olduğu və hücumların başladığı gündən bu yana isə 8 jurnalistin yaralandığı bildirilib.
Oktyabrın 11-də Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında azı 7 fələstinli jurnalist həlak olduğunu qeyd edib.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.

Aygün Mirakif
www.anews.az