AZ

"3 gündür isti su yoxdur"deyən vətəndaşın şikayətinə baxıldı

Avtosfera.az saytının “Qaynar xətt”inə mütəmadi olaraq sakinlər tərərfindən müxtəlif mövzularla bağlı şikayətlər daxil olur. Növbəti dəfə isə Nərimanov rayon sakinləri müraciət edərək üzləşdikləri problemin həll edilməsi üçün köməklik göstərməyimizi xahiş etdilər.
Şikayətdə bildirilir ki, rayonun Heydər Əliyev prosektində yerləşən 79-cu binanın  sakinləri artıq 3 gündür isti su üzünə həsrət qalıblar. Çünki ərazidəki qazanxanadan binaya isti su verilmir. 
Sakinlərin məlum iddiası ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı problemdən xəbərdar olduğunu və  sakinlərin qısa zamanda isti su ilə təmin olunacağını bildirdi. Onu da qeyd etdi ki, problemin yaranmasına səbəb ərazidə yeni isti su sayğaclarının quraşdırılmasıdır. Qurum sözçüsünün “qısa zamanda həll ediləcək” vədinin nə qədər real olub-olmadığını öyrənmək üçün elə qısa zaman sonra redaksiyamıza şikayət ünvanlayan sakinlərlə əlaqə saxladıq. Məlum oldu ki, budəfəki vəd söz olaraq qalmayıb.
Ümid edirik ki, bundan sonra analoji hal yaşanmaz, yaşanarsa belə ən azından ərazidəki sakinlər sözügedən qurum tərəfindən əvvəlcədən məlumatlandırılarlar. 

Nurlan Sakitoğlu

Seçilən
428
1
avtosfer.az

10Mənbələr