AZ

Adını doğrultmayan komanda- QEYD

I Liqada "İrəvan"dan başqa daha bir komanda çıxış edir ki, adının əhəmiyyəti çox böyük və məsuliyyətlidir. Söhbət "Difai"dən gedir. Lakin təəssüf ki, bu komanda da, "İrəvan" kimi, adının məsuliyyətini dərk edə, doğurulda bilmir. Belə ki, komanda geridə qalan 6 turda cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Azərbaycanın tarixi təşkilatın adını daşıyan bir komandanın istər rəhbərliyi, istərsə də futbolçuları, bunun məsuliyyətini dərk etməlidir. "Difai" bu gün sonuncu pillədə qərarlaşmalı deyil, bu adın yeri zirvə olmalıdır. Komanda Ağsuya köç etsə də ağsuluların da rəğbətini qazana bilmədi. Yerli əhali heç cürə bu komandanı doğma hesab edə bilmir və ev oyunları boş tribunalar önündə keçir. Deyilənə görə. uğursuzluqlardan sonra baş məşqçi Paşa Əliyev postundan uzaqlaşdırılıb. Hətta klubdaxili icclas da keçirilib. Hər halda, ümid edirik ki, qısa zamanda vəziyyət müsbətə doğru dəyişəcəck. Bir daha təkrar edirik, "Difai"adımın yeri turnir cədvəlinin zirzəmisi yox, zirvəsidi!

 

Anar XANLAROV

Seçilən
429
17
rekord.az

10Mənbələr