AZ

Zəngilanın Ağalı kəndinə köçürülən növbəti 25 ailəyə evlərinin açarları təqdim edilib (FOTO)

Bakı. Trend:

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə növbəti ailələrin köçübaş tutub. Bu dəfə 127 nəfərdən ibarət 25 ailə öz doğma yurdlarınageri qayıdıb.

Qaçqınların və Məcburi Köçkunlərin İşlər üzrə DövlətKomitəsindən Trend-əverilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olanCəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”dəAğalı sakinlərini qarşılayıb. Daha sonra, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin dəiştirakı ilə qayıdan sakinlərin ailə başçılarına yeni evlərininaçarları təqdim edilib.

Bugünədək "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndindəməskunlaşıb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşəixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək,müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikintişirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlətxidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşəobyektləri və s. imkanlar mövcuddur.

Zəngilanın
Zəngilanın
Zəngilanın
Zəngilanın
Zəngilanın
Zəngilanın
Zəngilanın
Seçilən
674
8
az.trend.az

10Mənbələr